Qarabağ Azərbaycandır!

“Tesla” sorğuda

19.09.2018 Maliyyə
ABŞ Ədliyyə Nazirliyi şirkətdən sənədlər tələb edib.

“Kommersant.az” xəbər verir ki, Amerikanın elektrik mühərrikli avtomobil istehsalçısı “Tesla” ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən sorğuya alınıb.

Buna səbəb, şirkət rəhbəri Elon Muskın ötən ay “Tesla”nı bazardan çəkməsi ilə bağlı yaydığı açıqlama olub. Belə ki, Ədliyyə Nazirliyi məsələ ilə bağlı sənəd tələb edib.

Elon Musk vəziyyətlə bağlı açıqlama verərək tələb olunan sənədləri nazirliyə təqdim edəcəyini və gərginliyin ən qısa vaxtda aradan qalxacağını bildirib.