Qarabağ Azərbaycandır!

Papağı 520 min dollara satıldı

25.09.2018 Maliyyə
Alıcının adı gizlədilir.

“Kommersant.az” xəbər verir ki, əfsanəvi “İndiana Jones” filminin usta aktyoru Harrison Fordun taxdığı papaq İngiltərənin paytaxtı Londonda keçirilən hərracda 520 min dollara satılıb.

Hərracda satılan papaq “beynəlxalq sinematik xəzinə” adlandırılıb. Papaq İndiana Jones xarakterinin 1981-ci ildə “Raiders of Lost Ark”da taxdığı papaqdır.

Qeyd edək ki, alıcının adı gizli saxlanılır.