USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin avtomobil idxalı tariflərini aşağı salacaq

22.05.2018 İqtisadiyyat
0 0
İyulun 1-dən etibarən Çin avtomobil və ehtiyyat hissələrinin idxal tariflərini aşağı salmaq barədə qərar qəbul edib

"Kommersant.az" xəbər verir ki, bu barədə Dövlət Şurasının Gömrük Tarif Komissiyası məlumat verib.

"İqtisadi islahatları genişləndirmək və daha da əhatələndirmək, təchizatın sona çatması üçün struktur islahatlarını sürətləndirmək, avto sənayedəki dəyişiklik və yenilikləri artırmaq, adi insanların istehlak tələblərini qarşılamaq üçün 1 iyul 2018-ci ildən etibarən avtomobillər və ehtiyyat hissələrində idxal tarifləri aşağı salınacaq", - məlumatda qeyd edilib.

Bildirilir ki, avtomobillər üçün tətbiq edilən 135 növ tarif 15% azaldılacaq. Bundan öncə idxal tarifləri 25% olub. Bundan başqa 20% olan 4 tarif növü 15%-ə, ehtiyyat hissələri üçün tətbiq edilın 79 növ tarif 6%-ə düşəcək.

Qeyd edək ki, ötən həftə Çinin nümayəndə heyətinin Vaşinqtona səfəri zamanı hər iki tərəf ticari məsələlərdə razılıq əldə etmişdi.