USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"BMW" və "Mercedes" güclərini birləşdirir

05.07.2019 Dünya
0 0
Almaniyanın nəhəng avtomobil istehsalçıları "BMW" və "Mercedes"in təsisçi şirkəti "Daimler" yeni texnologiyalar üzrə əməkdaşlığa başlayıb.

"Kommersant.az" Finans.az-a istinadən xəbər verir ki, əməkdaşlıq sürücülərə yardım sistemi, avtonom sürücülük və avtonom park texnologiyalarının inkişafı ilə bağlı olacaq. Cari ilin fevral ayında birgə çalışmağı planlaşdırdıqlarını deyən şirkətlər 5 aydan sonra razılaşmanı tamamlayıb.

Əməkdaşlıq sayəsində ortaya çıxacaq yeni texnologiyalar 2024-cü ildən etibarən xüsusi müştərilərin istifadəsinə veriləcək. "Level 4" adlandırılacaq texnologiyanı "BMW" və "Mercedes" ayrı-ayrı sınaqdan keçirəcək.