USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya bu xəbərlə çalxalanır - Putin xəyanətə uğradı

19.01.2023 Dünya
0 0
Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir. Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə tam sürətlə davam edərkən, Almaniya mətbuatı Putinin xəyanətindən yazıb.

2022-ci ilin fevralında başlayan müharibə 2023-cü ildə də sürətini azaltmadan davam edir.

Soledarın itirilməsi ilə Rusiya ordusu bölgədə üstünlük əldə edərkən, Almaniyanın WELT qəzetinin xəbəri dünya gündəminə bomba kimi düşdü.

Qəzet Putinin xəyanətə uğramasına dair məlumatlar paylaşıb. Məlumata görə Ukrayna ordusunun ruslarla döyüşmək üçün yanacaq və sovet kalibrli sursatlarının tükəndiyi bir vaxtda gözlənilməz yerdən dəstək gəlib. Sözügedən xəbərə görə, Bolqarıstanın keçmiş hökuməti Rusiyanın Ukraynaya hücumunun ilkin mərhələsində gizli şəkildə Kiyevə kömək təklif edib.

AB və NATO üzvü olmasına baxmayaraq, Rusiya ilə tarixən yaxın münasibətdə olan Bolqarıstanın bu addımı Ukrayna üçün həyati əhəmiyyət kəsb edirdi.

İddianı Kiyev də təsdiqləyib. Ukraynanın xarici işlər naziri Kuleba deyib ki, bu addım Petkovun dürüstlüyünü göstərir.