USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Twitter"in mavi quşu 100 min dollara satıldı

19.01.2023 Dünya
0 0
Sosial media platforması "Twitter"in ofis mebellərini satışa çıxardığı hərrac başa çatıb.

Milyarder iş adamı İlon Mask tərəfindən alındıqdan sonra maliyyə böhranı iddiaları ilə gündəmə gələn sosial media platforması "Twitter"in San-Fransiskodakı ofisində əşyaların satıldığı hərrac yekunlaşıb. Onlayn hərracda mavi quş heykəli 100 min dollara alıcı tapdı və ən yüksək təklifi alan məhsul oldu. Bundan əlavə, "@" simvolu şəklində olan dekorativ gül çəni 15 min dollara satılıb. Təkrar emaldan əldə edilən taxta masa da 10 min 500 dollara yeni sahibinə qovuşub.