USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyada kilsə hərraca çıxarılıb

28.08.2019 Dünya
0 0
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Altena şəhərciyində yerləşən Müqəddəs Pavel katolik kilsəsi, habelə başqa iki bina və 30 kvadratmetr torpaq sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.

AZƏRTAC Almaniya KİV-lərinə istinadla xəbər verir ki, 1925-ci ildə inşa edilmiş bu kilsənin məxsus olduğu icma 2005-ci ildən mövcud deyil. O vaxtdan kilsə fəaliyyətini dayandırıb.

Hərrac sentyabr ayında Kölndə keçiriləcək. Kilsəyə 99 min avro ilkin qiymət qoyulub.

Hərracın şərtlərinə görə, tikilinin yeni sahiblərinin burada kazino və ya digər əyləncə obyekti açmaq hüququ olmayacaq.