USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ankarada Türkiyə və Rusiya nümayəndə heyətlərinin görüşü başa çatıb

27.02.2020 İqtisadiyyat
0 0
Ankarada Türkiyə və Rusiya nümayəndə heyətlərinin İdliblə bağlı görüşü başa çatıb.

"Kommersant.az"-ın yerli bürosunun xəbərinə görə, Türkiyə Xarici İşlər nazirinin müavini Sedat Önal, rusiyalı həmkarı Sergey Verşinin və Rusiya Prezidentinin Suriya üzrə xüsusi təmsilçisi Sergey Lavrentyevin rəhbərliyi ilə keçirilən görüşdə İdlibdəki vəziyyət bir daha müzakirə edilib.

Türkiyə diplomatik mənbələrindən verilən məlumata görə, danışıqlar Türkiyə Xarici İşlər Nazirliyində baş tutub və sabah da yerli vaxtla saat 14:00-da davam edəcək.

Qeyd edək ki, bu, Türkiyə və Rusiya nümayəndə heyətlərinin İdliblə bağlı üçüncü görüşüdür. Bundan əvvəl heyətlərin Ankara və Moskvada iki tur görüşü olub.

  • Əvvəlki

    Gürcüstanın Azərbaycanla sərhədləri açıqdır - Baş Nazirin Administrasiyası

Digər xəbərlər