USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Toyların keçirilməsinə qoyulan qadağa ləğv olundu - ÇEÇENİSTANDA

08.07.2020 İqtisadiyyat
0 0
Çeçenistanda toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa ləğv olunub.

"Kommersant.az" xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov "Vkontakte" sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.

"Müsbət dinamikanı nəzərə alaraq toy mərasimlərinin keçirilməsi üçün sosial məsafə tədbirləri qorunub saxlanılmaqla, mərasim zallarının açılması barədə qərar qəbul etdim", - deyə Çeçenistan rəhbəri yazıb.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə mart ayının sonlarından Çeçenistanda toy mərasimlərinin keçirilməsi qadağan edilib.APA