USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fitch: Covid-19-un iqtisadiyyata təsiri qarşıdakı illərdə də hiss ediləcək

28.07.2020 İqtisadiyyat
0 0
Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings yeni koronavirus (Kovid-19) epidemiyasının yaratdığı tənəzzülün yaxın illərdə hiss olunacağını bildirib.

"Kommersant.az" xəbər verir ki,Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings yeni koronavirus (covid-19) epidemiyasının yaratdığı tənəzzülün yaxın illərdə hiss olunacağını bildirib.

Fitch-dən verilən açıqlamada, ABŞ, Yaponiya, Kanada, Almaniya, Fransa və İngiltərə daxil olmaqla inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulun (ÜDM) epidemiya əvvəli səviyyəsindən təxminən 3-4 faiz aşağı qalacağı gözlənilir.

Covid-19 pandemiyasının yaratdığı tənəzzülün yaxın illərdə hiss olunmağa davam edəcəyinə işarə edən açıqlamada, Covid-19 şokunun uzun müddətli işsizliyin artması, iş saatının azalması və investisiya ilə kapital yığılmasının yavaşladığı üçün davamlı ziyan meydana gələcək.

Açıqlamada iqtisadi dünyagörüşü ilə bağlı böyük qeyri-müəyyənliklərin olduğu vurğulanıb və "Covid-19" ilə əlaqəli prosesin məlum olmadığı bildirilib.
Baş vermiş vəziyyətdə yeni dalğaların və karantin tədbirlərinin yenidən tətbiqi bərpa prosesini ləngidə biləcəyi, tibbi irəliləyişlərin isə iqtisadi fəaliyyətlərin sürətlə normallaşmasını təmin edə biləcəyi qeyd edilib.

  • Əvvəlki

    Bakıda 15 mərtəbəli binanın üstündə daha iki mərtəbə tikilir (FOTOLAR)

Digər xəbərlər