USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp jurnalistin sualına görə konfransı tərk etdi - VİDEO

10.08.2020 İqtisadiyyat
0 0
ABŞ Prezidenti Donald Tramp “CBS Nyus”un müxbirinin gözlənilməz sualından sonra mətbuat konfransını tərk edib.

"Kommersant.az" xəbər verir ki, hadisə dövlət başçısının Nyu-Cersi ştatında çıxışı zamanı baş verib.

Trampın "Veteranların seçimi" layihəsinin onun administrasiyasının xidməti olması barədə sözlərindən sonra müxbir Paula Rid prezidentin yalan məlumat verdiyini, sözügedən layihənin 2014-cü ildə qəbul edildiyini bildirib.

Tramp digər jurnalistə söz verməyə çalışsa da, P.Rid sualını təkrar edərək prezidentin sözünü kəsib.

Ardınca isə Tramp mətbuat konfransını sonlandıraraq zalı tərk edib.

  • Əvvəlki

    “Elektron ticarətdə durğunluq açıq dərəcədə hiss olunur”

Digər xəbərlər