USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AŞPA-nın növbəti sessiyası ləğv edildi

14.09.2020 İqtisadiyyat
0 0
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) oktyabra planlaşdırılan sessiyası ləğv edilib.

"Kommersant.az"-ın xəbərinə görə, bunu AŞPA-nın vitse-spikeri, Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy bildirib.

Onun sözlərinə görə, AŞPA-nın növbəti iclası 2021-ci ilin yanvarından tez keçirilməyəcək: "Assambleyanın növbəti əyani formatda iclası keçiriləcəksə, bu, 2021-ci ilin yanvarından tez olmayacaq".

Tolstoy xatırladıb ki, yanvarda AŞPA-nın Baş katibi, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri və Avropa Şurasının vəzifəli şəxslərinin seçkiləri keçirilməlidir: "Mövcud epidemioloji məhdudlaşdırmalara görə bütün nümayəndə heyətləri qarşıdakı sessiyaya gələ bilməyəcəklərsə, bu, assambleyada bərabər hüquqluluq prinsipini pozacaq. Ona görə də hesab edirəm ki, bu cür hibrid iclasların keçirilməsi orada şəxsən iştirak edə bilməyənlərə münasibətdə ədalətsizlikdir".APA

  • Əvvəlki

    “Binə”, “Sədərək”, “mall”lar bu tarixdən açılır

Digər xəbərlər