USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Poroşenko ilə Baydenin daha bir telefon danışığı yayıldı

17.09.2020 İqtisadiyyat
0 0
Mətbuat konfransı zamanı Verxovna Radanın deputatı Andrey Derkaç Ukrayna prezidenti Petro Poroşenko və keçmiş vitse-prezident Cozef Baydenin hazırkı Amerika prezidenti Donald Trampı müzakirə etdiyi danışıqların yeni qeydlərini yayıb.

"Kommersant.az" xəbər verir ki, bu haqda Ukrayna KİV-ləri məlumat yayıb.

Qeydlərdən biri 2016-cı il tarixlidir. Orada Baydenin səsiylə bir adam Trampı avtomobil qovan bir köpəyə bənzədir. Bundan sonra Poroşenkonun səsi olan adam gülür. Sonra Poroşenko Baydendən ukraynalılar üçün AB ölkələrinə vizasız rejimin tətbiq edilməsini dəstəkləməyi xahiş edir.

Həmsöhbətlər Trampın Ukrayna üçün təhlükəli davranışlarından danışırlar.

Xatırladaq ki, bundan bir qədər əvvəl Derkaç Poroşenko ilə Bayden arasındakı danışıqların bir neçə səs yazısını da yayıb. Siyasətçi hesab edir ki, bu danışıqlar ABŞ-ın Ukraynanın daxili işinə qarışmasına şahidlik edir.

  • Əvvəlki

    Hökumət dövlət orqanlarının saytları qarşısında yeni tələb qoydu

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0