USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Xiaomi” şirkəti “Mi” brendindən imtina edir

14.12.2021 Dünya
0 0
Bu ilin ortalarında “Xiaomi” rəsmi olaraq təsdiqləyib ki, yeni smartfonların adında artıq “Mi” brendindən istifadə edilməyəcək.

"Kommersant.az" xəbər verir ki, bu elandan sonra çıxan ilk cihaz “Xiaomi Mix 4” olub.

Lakin sonra məlum olub ki, şirkət əvvəllər buraxılmış modellərinin də adını dəyişir. Skrinşotlarda göründüyü kimi, “Xiaomi Mi 10 Pro” indi “Xiaomi 10 Pro”, “Xiaomi Mi 9” və “Xiaomi Mi 10” isə müvafiq olaraq “Xiaomi 9” və “Xiaomi 10” olub.

“Xiaomi Mix 4” smartfonundan sonra “Xiaomi 11T” və “Xiaomi 11T Pro”, o cümlədən “Xiaomi Pad 5” planşeti çıxıb.

Şirkət bunu smartfonlarını və digər məhsullarını “Mi” ilə deyil, “Xiaomi” ilə əlaqələndirilməsi istəyi ilə əlaqələndirib.