USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Vergi tətbiq etməyimizi istəmirlərsə..." - TRUMP ŞƏRT QOYDU

06.08.2018 İqtisadiyyat
0 0
“İstehsalı Amerikada etsinlər”.

"Kommersant.az" xəbər verir ki, ABŞ prezidenti Donald Trump dünya ölkələrinə gündəmi silkələyən mesaj göndərib:

"Məhsullarına vergi tətbiq edilməsini istəmirlərsə, o zaman istehsalı Amerikada etsinlər".

Amerika prezidenti rəsmi "Twitter" hesabında dünyaya göndərdiyi "mesaj"da gömrük rüsumlarının yüksək səviyyədə olduğunu və bütün ölkələrin sərvət qazanmaq üçün ABŞ-dan istifadə etməsinin ölkə iqtisadiyyatına mənfi təsir etdiyini, bunun qarşısını almaq üçün də hökumət olaraq tədbirlər görməli olduqlarını açıqlayıb.

Trump sonda bu addımları atmaqla Obama dönəmindən qalan 21 trilyonluq borcu ödəyə biləcəklərini, Amerika xalqı üçün vergilərin miqdarını azaltmaq imkanı qazanacaqlarını də iddia edib.

  • Əvvəlki

    Lirə sürətlə ucuzlaşır - BU SAATA OLAN QİYMƏTİ

Digər xəbərlər