“Pepsi”dəki işindən ayrıldı

06.08.2018 Dünya
12 illik fəaliyyət sona yetir.

“Kommersant.az” xəbər verir ki, “Pepsi” şirkətinin icraçı direktoru İndra Nooyi 12 ildir birgə çalışdığı şirkəti tərk edəcəyini açıqlayıb. Şirkətdə icraçı direktor kimi fəaliyyət göstərən Nooyini vəzifəsində Ramon Laguarta əvəz edəcək.

Vəzifəsindən istefa etməsinə baxmayaraq, Nooyi gələn ilin əvvəllərinə qədər şirkətdəki fəaliyyətini davam etdirəcək.