USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Samuxda taxıl biçinində yüksək göstərici qeydə alınıb

16.08.2018 İqtisadiyyat
0 0
Samux rayonunda 10 min 675 hektar sahədə taxıl biçini aparılıb. Taxıl biçininin 6 min 570 hektarı buğda, 4 min 105 hektarı isə arpa sahəsi olub.

"Kommersant.az"ın xəbərinə görə, Rayon Statistika İdarəsinin rəisi Gündüz Bayramov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sahələrdən 36 min 601 ton məhsul yığılıb. Bu da son 9 ildə ən yüksək göstəricidir.
Qeyd edilib ki, bu il əvvəlki ilə nisbətən 13 min 728 ton və ya 60 faiz çox taxıl istehsal olunub. Məhsuldarlıq hər hektardan 34,3 sentner olub ki, bu da 2017-ci ilə nisbətən 24,7 faiz çoxdur.
Taxıl istehsalının artımını son illərdə iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı olduğunu deyən Gündüz Bayramov, həmçinin Şəmkir Maşın Su Kanalının işə düşməsini, mineral və üzvi gübrələrdən, pestisidlərdən düzgün istifadə edilməsini və normal iqlim şəraitinin məhsuldarlığın artmasına müsbət təsir göstərdiyini deyib.
Sahələrdə payızlıq taxıl səpininə hazırlıq işləri aparılır.

  • Əvvəlki

    DİM: İyulun 12-də elan edilmiş müsabiqə üzrə müsahibələrin keçirilmə qrafiki müəyyənləşib

Digər xəbərlər