Rusiyanın ən böyük bankı olan Sber ötən il rekord həddə 1,7 trilyon rubl (təxminən 22,1 milyard dollar) xalis mənfəət əldə etdiyi bildirilir.
Sber-dən verilən yazılı açıqlamaya görə, bankın kapital gəlirliliyi ötən il 2024-cü illə müqayisədə 0,7 faiz bəndi azalaraq 22,7 faizə düşüb.
Bəyanatda həmçinin qeyd olunur ki, bankın xalis mənfəəti 2025-ci ildə illik müqayisədə 7,9 faiz artaraq 1,7 trilyon rubla çatıb ki, bu da bankın tarixində ən yüksək illik xalis mənfəətdir.
Eyni dövrdə Sber-in xalis faiz gəliri 18,5 faiz artaraq 3,6 trilyon rubla, xalis komissiya gəliri isə 1,1 faiz artaraq 843 milyard rubla çatıb.
Ölkənin ən böyük bankı olan Sber, bu yaxınlarda adını Sberbankdan dəyişdirərək texnologiya ekosisteminə əhəmiyyətli investisiyalar qoymağa başlayıb.