USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Manatın dövretmə sürəti azalıb

26.02.2026 İqtisadiyyat
0 0
Bu ilin fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,84 bənd təşkil edib.

Kommersant.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin yanvarın 1-i ilə müqayisədə 0,36 bənd və ya 11,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,42 bənd və ya 12,9% azalıb.

Belə ki, bu ilin yanvarın 1-nə manatın dövretmə sürəti 3,20 bənd, ötən ilin fevralın 1-nə isə 3,26 bənd təşkil etmişdi.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.