“Toyota” avtomobillərini geri çağırır

05.09.2018 Maliyyə
Nasazlıq və yanğın riski...

“Kommersant.az” dünya mediasının yaydığı məlumatlara istinadən xəbər verir ki, Yaponiyanın məşhur şirkətlərindən olan “Toyota” avtomobillərini geri çağırıb.

Şirkət 1 milyondan çox avtomobili geri çağırmasını mühərrikdə baş verən nasazlıq və yanğın riski ilə bağlayıb. “Toyota”nın yaydığı rəsmi məlumatda “Prius”, “C-HR” modelləri də daxil olmaqla 1,03 milyon avtomobilin geri çağrıldığı bildirilir.