USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Access Bank"a pul qoyanlar vəsaitini geri götürüb

14.04.2026 Bank
0 0
“AccessBank” 2026-cə ilin ilk rübünə olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın hüquqi şəxslərdən topladığı əmanətləri əlində tuta bilməyib.

Kommersant.az xəbər verir ki, “AccessBank”ın fiziki şəxslərdən topladığı əmanətlər 12 milyon 202 min manat artaraq 905 milyon 389 min manata yüksəlib. Buna baxmayaraq hüquqi şəxslərin banka əmanət etdikləri vəsaitin həcmi 48 milyon 43 min manat və ya 20.08 faizi azalaraq 191 milyon 151 min manata düşüb. Yükunda bankın depozit portfeli 1 milyard 96 milyon 540 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 35 milyon 841 min manat və ya 3.16 faiz azdır. Bu azalmalar bankın öhdəliklər cəminin də əriməsinə səbəb olub. Belə ki, “AccessBank”ın öhdəliklər cəmi 3 ay ərzində 11 milyon 979 min manat azalaraq 1 milyard 525 milyon 679 min manata düşüb.