USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Klinik Tibbi Mərkəzin direktoru vəzifədən azad edilib

22.04.2026 Siyasət
0 0
Klinik Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.

Kommersant.az xəbər verir ki, bu barədə məlumatı o özü təsdiqləyib.

K.Ələkbərov bildirib ki, bu gün TƏBİB-ə dəvət olunaraq ərizəsi alınıb.

Həkim bundan sonra pedaqoji fəaliyyətlə məşğul olmaq istədiyini deyib:

“Əməkdar həkiməm. Azərbaycan Tibb Universitetində tədris olunan “Təcili tibb” kitabının müəllifiyəm. Ola bilər ki, universitetdə müəllim işləyim. Yaxud hansısa özəl xəstəxanada həkim kimi fəaliyyət göstərim”.

Qeyd edək ki, K.Ələkbərov ixtisasca anestezioloq-reanimatoloqdur. O, 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı Mingəçevirdə həyata keçirilən pilot layihənin, daha sonra isə işçi qrupunun rəhbəri olub.

2021-ci ildən etibarən isə Klinik Tibbi Mərkəzin direktoru vəzifəsində çalışırdı.

Xatırladaq ki, “Yeni Klinika”nın direktoru Barat Yusubov bu gün vəzifəsindən azad olunub.