USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın maliyyə sektorunun aktivləri 60 milyard manatı ötüb

14.04.2026 Bank
0 0
2025-ci ildə maliyyə sektorunun aktivləri 7,7% artaraq 60,6 milyard manata çatıb.

Kommersant.az xəbər verir ki, bunu Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov bu gün "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.

"Bu göstərici ilə maliyyə sektorunun aktivləri ÜDM-in 47%-nə qeyri-neft ÜDM-nin isə 66%-nə çatıb. Ümumilikdə, maliyyə sektorunun hər bir seqmentləri üzrə aktivlərin artımı müşahidə olunub", - o vurğulayıb.