"Facebook" cərimələnəcək

04.10.2018 Maliyyə
"Facebook" haker hücumlarına görə cərimələnə bilər.

"Kommersant.az" xəbər verir ki, şirkətin şəxsi məlumatların qorunması haqqında ümumi reqlamenti pozduğu təsdiq olunacağı halda, "Facebook" 1,62 milyard dollar məbləğində cərimələnəcək.

Qeyd edək ki, haker hücumları nəticəsində sosial şəbəkə istifadəçilərinin 50 milyon hesabı təzyiqə məruz qalıb.

Avropa İttifaqının komissiyası "Facebook"dan hücumun miqyası, eyni zamanda hansı Aİ ölkəsi tərəfindən törədilə biləcəyi haqqında ətraflı məlumat verməyi istəyib.

Sosial şəbəkənin nümayəndələri isə şəxsi məlumatların qorunması ilə bağlı bütün lazımi məlumatları komissiyaya təqdim edəcəklərini bildirib.

  • Əvvəlki

    Rublun bu günə olan - MƏZƏNNƏSİ

Digər xəbərlər