Xətai rayonunda su olmayacaq

04.10.2018 İqtisadiyyat
0 0
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

"Kommersant.az" xəbər verir ki, məlumata görə, Bakı şəhəri Babək prospektində su təchizatı infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 04 oktyabr 2018-ci il tarixində gün ərzində Xətai rayonu A.İsmayılov, N.Əliyev və S.Vəzirov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.