"Tesla" fotonuzu kosmosa göndərəcək

08.10.2018 İKT
"Tesla" avtomobil alışını məsləhətə görə, fotonuzu kosmosa göndərməyi vəd edir.

"Kommersant.az" xəbər verir ki, "Tesla Motors" şirkəti hazırladığı proqram sayəsində elektrik avtomobil almağı məsləhət görənlərin fotosunu avtomobilin şüşəsinə həkk edərək kosmosa göndərməyə söz verir.

Lakin şirkət nümayəndələri bunun nə üsulla ediləcəyi barədə açıqlama verməyiblər. Layihədə "SpaceX"in də iştirak edəcəyi gözlənilir.

Avtomobil sahiblərinə istəklərinə görə seçəcəkləri fotoları bu ilin dekabrınadək "Tesla"nın mobil versiyasına göndərmək təklif olunub.