USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra başçısının bank müdiri ilə görüşü tənqid olundu

21.04.2026 İqtisadiyyat
0 0
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda yerləşən bank filiallarından birinin yeni təyin olunan müdirini qəbul edib.

Bu barədə icra hakimiyyətinin sosial şəbəkə səhifəsində məlumat verilib.

Görüşdə M.Məmmədov filial müdirinə uğurlar arzulayıb, həmçinin, rayonda maliyyə savadlılığının artırılması, yeni layihələrin icrası, sahibkarlığa dəstək göstərilməsi və sair mövzularda fikir mübadiləsi aparılıb.

Lakin icra başçısının bank nümayəndəsi ilə görüşü və bunun paylaşılması sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bir çoxları bu paylaşımın informasiya əhəmiyyətinin olmadığını bildirərək tənqid ediblər. (qafqazinfo)