İpoteka fondu hesabatını açıqladı - 17% ARTIM

22 Avqust 11:17 Qeyri Bank
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il iyulun 1-nə 1 121,82 mln. manat təşkil edib.

“Kommersant.az” xəbər verir ki, fondun maliyyə hesabatına görə bu, ilin əvvəli ilə müqayisədə 17,05% çoxdur.

İKZF-in aktivlərinin 69%-ni və yaxud 774,302 mln. manatını ipoteka kreditləri təşkil edib. Yanvar-iyun aylarında Fondun kredit portfeli, təxminən, 13,25% böyüyüb.

Hesabat dövründə İKZF-in cəmi öhdəlikləri 9,5% artaraq 597,061 mln. manata çatıb, o cümlədən borc öhdəlikləri 5% azalaraq 565,542 mln. manata düşüb. Fondun cəmi kapitalı isə 27% artaraq 524,758 mln. manat, o cümlədən nizamnamə kapitalı “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi hesabına 27,3% (100 mln. manat ) artaraq 466 mln. manat olub.

Bu ilin I yarısında İKZF-in faiz gəlirləri 22,793 mln. manat, faiz xərcləri 8,229 mln. manat, dəyərsizləşmə üzrə zərəri 646 min manat, haqq və komissiya xərcləri 371 min manat, digər gəlirləri 397 min manat, insan resursları üzrə xərcləri 1,417 milyon manat, inzibati və digər xərcləri isə 958 min manat təşkil edib. Son nəticədə Fond yarımili 11,569 mln. manat mənfəətlə başa vurub.

Report

  • Əvvəlki

    Nağd alış-satışda rublun qiyməti - UCUZLAŞIB

Digər xəbərlər

1 Noyabr 09:12 Qeyri Bank
Rubl bahalaşdı
0 1
31 Oktyabr 11:12 Qeyri Bank
"Finca Azerbaijan"ın kapitalı artırıldı
0 0
21 Sentyabr 14:36 Qeyri Bank
BOKT-da - YENİ TƏYİNAT
0 0
22 Avqust 12:22 Qeyri Bank
Yeni lizinq şirkəti yaradılıb - AZƏRBAYCANDA
0 0
8 Avqust 10:22 Qeyri Bank
Vəkil lizinq şirkətinin payçısı oldu
0 0
3 Avqust 14:56 Qeyri Bank
BOKT-un adı dəyişdirildi
0 0