USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şirkətlərin büdcəyə mənfəət vergisi ödənişləri azalıb - İlkin göstəricilər

31.03.2026 İqtisadiyyat
0 0
Azərbaycanda şirkət və təşkilatlarının dövlətə ödədiyi mənfəət vergisinin həcmi azalıb.

Kommersant.az xəbər verir ki, 2026-cı ilin yanvarında büdcəyə cəmi 1 milyard 12 milyon manat mənfəət vergisi ödəyiblər.

Bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz azdır. Belə ki, həmin dövrdə 1 mlrd. 158.4 milyon manat gəlir vergisi ödənmişdi.

Bu, ümumi büdcə gəlirində 27.3 faiz pay deməkdir. Öncəki ildə 28.6 faiz idi.

Cari ilin yanvarında büdcə gəliri 3 mlrd. 707.2 mln. manat olub. Daxilolmaların 27.8 faizi əlavə dəyər vergisi, 27.3 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 3.9 faizi fiziki şəxslərin gəlir vergisi, 3.7 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 1.9 faizi aksizlər, 1.9 faizi sadələşdirilmiş vergi, 1.1 faizi vergilərin digər növləri, 32.4 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Məlumat üçün bildirək ki, şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da bu şirkətlərin öncəki maliyyə durumlarına (məsələn yığılmış zərərə görə) fərqli hesablanır.

Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.

Məsələn, müəssisənin hesabat ilində mühasibat mənfəəti 200 000 manat olub. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə amotizasiya xərcləri hesablayır. Hesabat ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 manat, vergi uçotunda isə 70 000 manat olub. Fərq 17 500 manat təşkil edir. Beləliklə, mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərq 17 500 manat olacaq. Vergi mənfəəti olacaq 217 500 manat, mənfəət vergisi isə 43 500 manat.