Ailə başına 37 AZN kommunal xərc

02.10.2018 Dünya
Türkiyədə işıq və qazın qiyməti üçüncü dəfə qaldırıldı.

“Kommersant.az” xəbər verir ki, Türkiyədə işığın və qazın qiyməti 3 ayda 3- cü dəfə qaldırıldı. Belə ki, evlərdə elektrik 9%, sənaye sahəsində 18,6%, ticari müəssisələrdə isə 18% artırılıb.

Təbii qaza isə artım evlərdə 9%, sənayədə18,5% səviyyəsində olub.

Artıq Türkiyədə artım trend halını alıb. 3 aydır ki, hər ay verilən artım qərarıyla ölkədə ailə başına aylıq kommunal xərci 37 AZN - ə qalxıb.