"Kommersant.Az" xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.
İddiaçılar ilkin sənədləri iyunun 28-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə iyulun 9-na qədər Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 69a ünvanında yerləşən tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Rəfail Məmmədovdur (tel: (012) 431-08-64, faks: (012) 430-79-57.
Təkliflərə iyunun 10-da, saat 16:00-da səhmdar cəmiyyətinin baş idarəsinin yerləşdiyi Hökumət evində (514 saylı otaqda) baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.
Görüləcək işlər satınalma müqaviləsinin qüvvəyə mindiyi gündən 16 ay ərzində icra edilməli və mövcud qanunvericiliyə uyğun təhvil verilməlidir.