USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Astaraçay: “İlk növbədə daxili tələbatın ödənilməsinə çalışırıq”

21.05.2018 İqtisadiyyat
0 0
Yerli düyüyə tələbat yüksəkdir və buna görə də “Astaraçay” şirkəti əkin sahəsini 2,5 dəfə artırıb.

"Kommersant.Az" xəbər verir ki, ötən il 40 hektarda düyü əkildiyi halda, bu il 1000 hektara yüksəlib.

"Astaraçay" şirkətinin direktor müavini Etibar Səlimov bildirib ki, 468 hektar çay plantasiyası və 1000 hektara yaxın düyü əkin sahəsindən yüksək məhsuldarlıq gözləyirlər: "Satış ilə bağlı heç bir problemimiz yoxdur. Tələbat çoxdur, ona görə də məhsullarımız yaxşı alınır. Biz bu ildən çay əkinində də yeni üsuldan istifadə edərək çay istehsalını 4 tondan 18 tona qaldıracayıq".

Ümumilikdə 700 nəfəri işlə təmin edən Astaraçay hazırda Hind-Çin sortundan olan çay istehsalı və yerli Haşəmi düyüsünün əkin sahələrini genişləndirib. Yığılan məhsul isə müəssisəyə malik zavodlarda emal olunur.
E.Səlimov bildirib ki, şirkət ilk növbədə daxili tələbatın ödənilməsinə çalışır və ixrac ilə bağlı da planlar var.

  • Əvvəlki

    Azərbaycan və Rusiyanın Altay diyarı turizm sahəsində əməkdaşlıq razılığına gəlib

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0