USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nəsimi rayonunda yeni ünvanda Novruz yarmarkası - Fotolar

05.03.2019 İqtisadiyyat
0 0
Prezident Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əhalinin tələbatı nəzərə alınaraq Novruz bayramı ərəfəsində paytaxtın bütün rayonlarında kənd təsərrüfatı məhsulları yarmarkaları yaradılıb.

"Kommersant.az" xəbər verir ki, artıq bu gündən etibarən paytaxtın Nəsimi rayonunda yaradılan satış yarmarkası Seyid Cəfər Pişəvari küçəsi 2A, ("Agro Mall", 3-cü mikrorayon dairəsinin yaxınlığı) ünvanında fəaliyyət göstərəcək.

Hər cür şəraitə malik olan bu yarmarkada respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Burada məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunacaq.

  • Əvvəlki

    Ödəniş terminalına görə kim vergi ödəməlidir?

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0