Azərbaycanda aqrar sektorun maliyyə resurslarına çıxışı asanlaşdırılır

23.05.2018 Aqrar
Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorun maliyyə resurslarına çıxışını asanlaşdırmaq üçün daha bir addım atır.

"Kommersant.Az"a daxil olan məlumata görə, sabah nazirlik yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti fermer və kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlara güzəştli kreditlərin verilməsinin şəffaflığını təmin etmək məqsədilə bir sıra bank və bank olmayan kredit təşkilatları (BOKT) ilə niyyət protoloku imzalayacaq.