USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik 5 bankla saziş imzaladı

24.05.2018 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahənin maliyyəyə çıxışını asanlaşdırmaq üçün yeni addım atıb.

"Kommersant.Az" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti fermer və kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlara güzəştli kreditlərin verilməsinin şəffaflığını təmin etmək məqsədilə bir sıra bank və bank olmayan təşkilatlarla niyyət protoloku imzalayıb.

Dövlət xidməti ilə niyyət protokolu bağlayan təşkilatlar Azərbaycan Beynəlxalq Bankı, PAŞA Bank, Kapital Bank, Turan Bank, "Rabitəbank", eləcə də "Aqrarkredit", "Finoko" və "Finans İnvest" BOKT-lardır.

İmzalama mərasimində bank və kredit təşkilatlarının rəhbər və nümayəndələri ilə yanaşı, Azərbaycanla ilə kənd təsərrüfatı layihələri həyata keçirən bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri də iştirak edib.