Bu günə qədər 121 min hektar ərazidə taxıl biçini aparılıb

07.06.2019 Aqrar
Bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 6 777 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahəsidir.

“Kommersant.az” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu günə olan operativ məlumata görə, ölkə ərazisində 120 963,5 hektar ərazidə taxıl biçini aparılıb, 119 001,5 hektar ərazidə arpa, 1 962 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günə qədər ölkə üzrə 351 958,7 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,1 sentner təşkil edir.

Ən aktiv biçin prosesi Aran rayonlarında və əsasən dəmyə əkilmiş ərazilərdə aparılır. Kürdəmir rayonunda 29 926 hektar arpa sahəsinin 26 937 hektarı artıq biçilib. Neftçalada 21 590 hektar, Biləsuvarda 10 360 hektar, Sabirabadda 6 136 hektar, Cəlilabadda 3 620 hektar, sahədə arpa biçini yekunlaşıb. Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.