USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şəki Toxum Emalı müəssisəsi fəaliyyətə başlayıb

05.07.2019 İqtisadiyyat
0 0
Şəkidə Toxum Emalı müəssisəsi fəaliyyətə başlayıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib.

Onun sözlərinə görə, müəssisədə ilk emala başlanılıb: "63 ton toxum emal edilib. Əsasən aran sortu toxumları emal edilib, dərmanlanıb və kisələrə doldurulub".

Qeyd edək ki, bu mövsümdə Xaçmazda da Toxum Emalı müəssisəsi fəaliyyətə başlaması gözlənilir. Xaçmaz Toxum Emalı zavodunun artıq sınaq testləri keçirilib və uğurla başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu tərəfindən yaradılacaq müəssisələrin hər birinin emal gücü saatda 5 tondur. Bu müəssisələrdə toplam 7500 ton məhsulu saxlamaq imkanı olacaq.

Bu il Xaçmaz, Tovuz, Ağcabədi və Qobustanda da toxum emalı müəssisələrinin fəaliyyətə başlaması gözlənilir.

Xatırladaq ki, Azərbaycanın toxuma olan illik tələbatı 200 min tondur.

  • Əvvəlki

    Dövlət Komitəsi ölkədəki avtomobillərin sayını açıqladı - İlk “onluq”dakı maşınlar - SİYAHI

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0