USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan şirkəti Litvaya 22 ton fındıq ləpəsi ixrac edəcək

09.10.2019 İqtisadiyyat
0 0
Almaniyanın Köln şəhərində təşkil edilmiş “Anuga 2019” beynəlxalq ərzaq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə 18 Azərbaycan şirkətinin istehsalı olan qida məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Azərbaycan məhsulları sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanır. Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici tərəfdaşları ilə görüşlər keçirir, ixraca dair müzakirələr aparırlar.

Artıq Azərbaycanın fındıq istehsalı ilə məşğul olan "Azərstar" şirkəti Litvadan olan şirkətlə 22 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb.

Bundan başqa, "Ləzzət Biskvit və Şokolad Fabriki" şirkətinin 20 ton qənnadı məmulatının ixracına dair ilkin razılıq əldə olunub.

"Anuga 2019" beynəlxalq ərzaq sərgisi oktyabrın 9-dək davam edəcək.

  • Əvvəlki

    Qazaxıstan Azərbaycan üzərindən maye qaz nəql edəcək

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0