USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Qlobal-Aqro”da son tamamlanma işləri görülür

28.10.2019 İqtisadiyyat
0 0
Kürdəmir rayonunun Pirili massivində 2000 ha sahədə “Qlobal-Aqro” MMC tərəfindən aqropark yaradılır.

Kürdəmir Rayon icra Hakimiyyətinin yaydığı məlumatda bildirilir ki, aqroparkda dənli bitkilərin saxlanılması üçün 18,9 min tonluq saxlama anbarı, ofis və laboratoriya binaları, 80 tonluq elektron tərəzi, illik istehsal gücü 15 min ton olan çeşidləmə, dərmanlama və qablaşdırma sahəsi, texnika üçün talvar, qurutma avadanlıqları inşa olunmuşdur. Bundan əlavə aqroparkda yem və yağ emalı zavodlarının tikintisi nəzərdə tutulmuşdur.

Aqroparkda zəruri infrastruktur yaradılmış, 1 km məsafədən işıq xətti çəkilmiş, 1000 kvt-luq transformator quraşdırılmış, 1,5 km-dən qaz xətti çəkilmiş, yolu asfaltlanmışdır.

Aqroparkın texniki təchizatını təmin etmək üçün 26 ədəd yeni texnika alınmış, 28 ədəd sifariş olunmuşdur.

Bu il aqroparkda 200 hektar sahədə buğda, 900 hektar sahədə arpa, 30 hektar sahədə bostan əkilmişdir. Düzgün aparılmış aqrotexniki qulluğun nəticəsində yüksək məhsuldarlıq əldə edilmişdir.

Aqroparkda suvarmada yeri dəyişdirilə bilən "pivot" suvarma sistemindən istifadə olunur.

Aqroparkda son tamamlanma işləri görülür və ərazidə abadlıq işləri aparılır. Hazırda aqroparkda 60 nəfər işləyir, aqropark tam gücü ilə işlə

  • Əvvəlki

    Şamaxıda müasir üzüm tingliyi yaradılacaq - 1 MİLYONLUQ MÜQAVİLƏ

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0