USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandan Qazaxıstana yeni təklif

18.11.2019 İqtisadiyyat
0 0
Bakı Nur-Sultana Qazaxıstan ərazisində yem istehsalı müəssisələrinin yaradılması imkanlarını öyrənməyi təklif edib. Bu barədə Azərbaycan hökumətindən məlumat verilib.

"Müvafiq razılaşma 2019-cu ilin oktyabr ayında Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında əldə edilib. Belə müəssisələrin yaradılmasında məqsəd Azərbaycanda kənd təsərrüfatının yem məhsullarına olan tələbatının ödənilməsidir.

Bundan əlavə, tərəflər Qazaxıstandan taxıl idxalı ilə məşğul olan Azərbaycan şirkətlərinin üzləşdiyi çətinliklərin aradan qaldırılması məqsədilə tədbirlərin görülməsi barədə razılığa gəliblər.

"Öz növbəsində, Azərbaycan tərəfi Qazaxıstanın dəmir yolu məhsulları, o cümlədən lokomotivlər, dəmiryol relsləri, yarımvaqonlar, örtülü yük vaqonlarının əldə edilməsi məsələsi ilə bağlı Qazaxıstanın maliyyə və sığorta alətlərindən istifadəyə dair "KazakhExport İxrac Sığorta Şirkəti" ASC-nin təklifini nəzərdən keçirəcək", – deyə hökumətin məlumatında vurğulanır.

Bakı, həmçinin Qazaxıstan şirkətlərinə Azərbaycanın xüsusi iqtisadi zonalarında birgə müəssisələr yaratmağı, Azərbaycan istehsalı olan neft maşınqayırması məhsullarının və sənaye parklarının yüksək texnoloji məhsullarının Qazaxıstanda satışına kömək etməyi təklif edib.

Qazaxıstan tərəfinin məlumatına görə, Azərbaycan cari ilin yanvar-sentyabr aylarında Qazaxıstandan $58,5 milyon dəyərində 265 min ton buğda alıb. Bu həcm ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan 2019-cu ilin yanvar-sentyabr aylarında $240 milyon 747,29 min dəyərində 1 milyon 112,879 min ton (artım 34,2%) buğda idxal edib. Beləliklə, Azərbaycan tərəfindən buğda idxalının 23,8%-i Azərbaycanın payına düşüb. /İnterfaks-Azərbaycan

  • Əvvəlki

    Bakıda 10 massivdə qazlaşma işləri davam edir

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0