USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan daha çox Rusiya buğdasına meyillənib

17.02.2020 İqtisadiyyat
0 0
2019-cu ildə Azərbaycana gətirilən yumşaq buğda üzrə ölkələrin siyahısında Rusiya, Qazaxıstan yer alsalarda, Ukrayna siyahıda yer almayıb.

"Kommersant.az" xəbər verir ki, 2019-cu ildə Azərbaycana Rusiyadan 1 milyon 262 min 170 ton buğda gətirilib. Hesabat dövründə idxal edilən buğdanın dəyəri 267 milyon 137 min ABŞ dolları olub. Bu barədə DSK-nin məlumatında bildirilir.

2018-ci ilin eyni dövründə isə Rusiyadan ölkəyə 146 milyon 467 min dollarlıq 776 min 587 ton buğda gətirilib. Belə ki, illik müqayisədə Rusiyadan Azərbaycana gətirilən buğdanın miqdarı 485 min 583 ton və yaxud 62,5% artıb.

Azərbaycana gətirilən yumşaq buğda üzrə ölkələr arasında 2-ci yerdə Qazaxıstan dayanır. Bildirək ki, 2019-ci ildə Qazaxıstandan Azərbaycana 256 min 949 ton buğda idxal edilib. Bu idxal edilən buğdanın dəyəri isə 56 milyon 737 min ABŞ dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə Qazaxıstandan Azərbaycana gətirilən buğdanın miqdarı 12 min 455 ton və yaxud 5% azalıb, dəyəri isə 12% artıb.

2018-ci ilki siyahıda 3-cü yer alsa da , Ukraynadan 2019-cu ildə Azərbaycana buğdanın idxalı demək olar ki, dayandırılıb. 2018-ci ildə isə Azərbaycana 2 min 79 ton buğda və dəyəri 653 milyon dollarlıq buğda gətirilib.

  • Əvvəlki

    Azərbaycana 5,8 milyon dollar texniki yardım ayıra bilər

Digər xəbərlər