USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu aqropark taxıl və yem alır

09.06.2018 İqtisadiyyat
0 0
“Yalama Aqropark” MMC cins damazlıq heyvandarlıq təsərrüfatının ehtiyacları üzrə ölkədə istehsal olunmuş yem məhsullarının tədarükünü ELAN edib

"Kommersant" xəbər verir ki, "Yalama Aqropark" MMC 2018-ci ilin may ayının 10-dan yerli kənd təsərrüfatı məhsulları istehsalçılarından aşağıdakı göstəricilərə cavab verən taxıl və yem bitkilərinin qəbuluna başlayır:

Dənlik arpa üzrə:

Parametr

Arpa (dən)

Nəmlik (faizlə)

maks. 14.5

Dənin naturası, (bir litrlik purkalarda qramla)

650 qr-dan az olmamaqla

Dən qarışığı (faizlə)

5 faizdən çox olmamaqla

Qırılmış dən qarışığı (faizlə)

5 faizdən çox olmamaqla

Alaq otları (zibil) qarışığı (faizlə)

2 faizdən çox olmamaqla

Sürmə ilə sirayətlənmiş dənlər

Qəbul edilmir

Qaba yemlər üzrə:

Parametr

Arpa samanı

Yonca otu

Buğda samanı

1 kipin çəkisi

Minimum 15 kq

Minimum 18 kq

Minimum 15 kq

Tərkibi

Minimum 90 % arpa samanı

Minimum 50 % yonca otu (1-ci biçin), Minimum 90 % yonca otu (2 və 3-cü biçin), Minimum 70 % yonca otu (4-cü biçin)

Minimum 90 % buğda samanı

Nəmlilik (faizlə)

12-14 %

12-14 %

12-14 %

Rəngi

Sarı-qızılı

Sarı-qızılı

Sarı-qızılı

Digər meyarlar

Qaralma və kiflənmə hallarında mal qəbul edilmir

Qaralma və kiflənmə hallarında mal qəbul edilmir

Qaralma və kiflənmə hallarında mal qəbul edilmir

Şərtlər:

1.K/t məhsulların tədarük planı üzrə qəbulu mövsüm dövrü həftənin hər günün saat 08:00-20:00 saatlarında aparılır.

2.Tədarük edilən mallar çəkisi Şirkətin tərəzisi əsasında müəyyənləşdirilir.

3.Malların çəkilməsi və keyfiyyət analizi Satıcının iştirakı ilə aparılır və müvafiq olaraq sənədləşdirilir.

Keyfiyyət göstəricilərinə cavab verməyən mallar qəbul edilməyəcəkdir. Keyfiyyət göstəricilərindən kənarlaşma hallarında Şirkətin keyfiyyətə nəzarət mütəxəssislərinin rəyi əsasında qarşılıqlı razılaşma ilə alış qiymətindən keyfiyyət çatışmazlığı ilə əlaqədar müəyyən çıxılma nəzərə alınmaqla mallar qəbul edilə bilər.

5.Qəbul edilən qaba yemin çəkisi tərəzi üzrə qəbul edilən malın ümumi çəkisinin qəbul edilən kip sayına bölünməsi yolu ilə orta çəki üsulu ilə hesablanır. Qəbul edilən malın orta çəkisi keyfiyyət tələblərində müəyyənləşdirilən çəkiyə uyğun deyilsə, ödəniş keyfiyyət tələblərində göstərilən orta çəki əsasında hesablanaraq ödənilir.

6.Tədarük edilən malların qiyməti mövsüm dövründə bazar araşdırması yolu ilə müəyyənləşdirilir və əvvəlcədən tərəflər arasında qarşılıqlı razılaşma ilə təsdiqlənir.

7.Tədarük edilən malların dəyərinin ödənilməsi müvafiq müqavilə və malların qəbulu üzrə tələb olunan sənədləşmə aparıldıqdan sonra aparılır.

8.Alışın rəsmiləşdirilməsi üçün fiziki şəxslərin şəxsiyyət vəsiqəsi, hüquqi şəxslərin isə müvafiq hüquqi sənədləri təqdim etməsi mütləqdir.

9.Malların dəyəri qarşılıqlı razılaşma əsasında mal qəbul edildiyi gün və ya razılaşdırılmış digər gün həyata keçirilir. Hüquqi şəxslərdən qəbul edilən malların dəyəri köçürmə yolu ilə, fiziki şəxslərdən qəbul edilən malların dəyəri isə köçürmə və ya nağd ödəniş yolu ilə aparıla bilər.

Əlaqə telefonları və qəbul məntəqəsinin ünvanı:

Yalama Aqropark MMC

Xaçmaz rayonu Yalama kəndi

Tel: 012 310 04 31

E-mail: [email protected]

  • Əvvəlki

    Dünyanın iki nəhəng bankı birləşir - İDDİA

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0