USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ətin qiyməti niyə düşmür?

09.07.2020 İqtisadiyyat
0 0
"Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 40,4 mln ABŞ dolları dəyərində 22,6 min ton ət idxal edib, bu 2019-cu ilin eyni ayları ilə müqayisədə 11 min ABŞ dolları (37,5%) və 2,3 min ton (11,2%) çoxdur. Yəni, pandemiyaya, karantin rejiminə baxmayaraq ət idxalı artıb. Təsəvvür edin ki, martdan ölkəyə turist gəlmir, kafe-restoranlar bağlı, şadlıq evlərində toylar ləğv edilib, yas mərasimləri keçirilmir – yəni, ət istehlakında ciddi düşmə olmalı, nəticədə isə ət qiymətləri də enməli idi. Amma görürük ki, nə qiymət düşür, nə də idxal azalır, bilirsiz niyə?! Çünki, hökumətin pambıq sevdası ölkədə heyvandarlığa ağır zərbə vurub, ənənəvi heyvandarlıq rayonlarına zorla pambıq əkdirdilər, örüş yerləri, yem əkin sahələri texniki bitkilərə ayrıldı – nəticədə ölkədə həm ciddi su problemi yaşanır, əkin yerlərinə su çatmıq, həm də heyvandarlığın yem bazası azaldı, yem qiymətləri artdı, bu da ətin qiymətlərinə təsir göstərdi".

"Kommersant.az"-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

"Bizim ənənəvi heyvandarlıq rayonlarımız, bölgələrəmiz var, camaat da yüzillərdir mal-qara, qoyun-quzu saxlamağa öyrənib, bu yanaşmanı təşviq etməkdənsə süni olaraq pambıq sevdasına düşmək məntiqsizlik idi. Nəticə də göz qabağındadır – turist yox, toy-yas yox, kafe-restoran bağlı, amma xaricdən ət almağı keçən ilə görə 11% artırmışıq, ətin qiymətində də enmə yoxdur. Məmləkətdə hər bir sahə belədir, elmi yanaşma yox, modellər qurmaq yox, araşdırmaq yox, sadəcə küyə düşmək var, məmur maraqları var – vəssalam..." - N.Cəfərli qeyd edib.