Azərbaycanda qoyunların sayı açıqlandı

16.07.2020 Aqrar
2020-ci il iyulun 1-i vəziyyətinə Azərbaycan üzrə 8395,7 min baş qoyun və keçi, 2666,8 min baş iribuynuzlu mal-qara, o cümlədən 1286,2 min baş inək və camış mövcud olmuşdur. İribuynuzlu mal-qaranın 48,2 faizini inək və camışlar təşkil edir.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Cari ilin yanvar-iyun aylarında quşçuluq müəssisələrində diri çəkidə 36,4 min ton (keçən il 33,8 min ton) quş əti və 402,0 milyon ədəd (keçən il 359,0 milyon ədəd) yumurta istehsal olunmuşdur. Ümumilikdə, bu müəssisələr üzrə cəmi quşların sayı 12155,8 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 101 ədəd yumurta alınıb” – məlumatda qeyd olunub.