USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aqrar sığorta üçün büdcədən 1 milyon manat ayrılır

21.06.2018 İqtisadiyyat
0 0
"Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək, onun qeyri-neft sektorundakı payını artırmaq, aqrar sektora investisiyaları cəlb etmək və urbanizasiya səviyyəsini azaltmaq üçün kənd təsərrüfatı sığortası böyük əhəmiyyət kəsb edir".

Bunu Bakıda keçirilən beynəlxalq sığorta konfrasının II günündə Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisi Firdovsi Ağaşirinov deyib.

Onun sözlərinə görə, bu sığorta növu ilə bağlı üzrə bir sıra inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilib: "ABŞ, Türkiyə, İsrail, Kanada və başqa bir sıra ölkələrin sözügedən sahədə təcrübələrini öyrəndik. Türkiyədəki "Tarsim" kənd təsərrüfatı sığortası modelindən yararlanmağı qərara aldıq. Bunun üçün kənd rəsərrüfatı sığortası ilə bağlı xüsusi qanun layihəsi hazırladıq".

O, indiyə qədər kənd təsərrüfatı sığortasının stimullaşdırılması üçün dövlət büdcəsindən 1 mln. manat vəsait ayrıldığını da qeyd edib.

Bundan başqa, Palata rəsmisinin sözlərinə görə, ötən il 4 yerli sığorta şirkəti aqrar sahəsnin hesabına 4,3 mln. manat sığorta haqqı toplayıb və bunun 96%-ni ödəniş yönəldib.

Xatırladaq ki, konfrans işini bu gün yekunlaşdıracaq.

Report

  • Əvvəlki

    Bankomatdan pul çıxaran gənclər bıçaqlanıb - 1 ÖLÜ

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0