2020-ci ildə rayonda 500 hektarı “Azərpambıq” MMC, 970 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 650 hektarı “P-Agro” MMC ilə olmaqla, müqavilə əsasında 2120 hektar sahədə pambıq becərilib. Rayonun fermerləri tarlalardan 7081,43 ton məhsul toplayıblar. Hər hektardan məhsuldarlıq 33,4 sentner təşkil edir.