USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İri və xırda buynuzlu heyvanların sayı açıqlanıb

13.08.2018 İqtisadiyyat
0 0
Hazırda Azərbaycanda 2 672 990 baş iribuynuzlu, 8 454 308 baş xırdabuynuzlu heyvan var.

"Kommersant.az" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Asəf Ömərov bildirib.

Bundan başqa, onun sözlərinə görə, nazilik yanında "Aqrolizinq" ASC ölkəyə iri və xırdabuynuzlu heyvanlar idxal edir.

"Əsas məqsədimiz intensiv üsullarla heyvandarlıqda inkişafa nail olmaq, ət və süd məhsuldarlığını artırmaq, yerli cinslərimizi qorumaqla, bütövlükdə heyvanların cins tərkibini yaxşılaşdırmaqdır", - deyə o, qeyd edib.

A.Ömərov Azərbaycanda epizootik vəziyyətin sabit olduğunu da deyib: "Doğrudur bizim region üçün bir sıra xəstəliklər xarakterikdir. Məsələn, dabaq, qara yara, brüsselyoz və quduzluq. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bu xəstəliklərə qarşı mütəmadi profilaktik tədbirlər aparır".


(c) Report