USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR Palmali Qrupunun iddiaları ilə bağlı arbitraj işində qalib gəldi

16.03.2026 İqtisadiyyat
0 0
Arbitraj heyəti Palmali Qrupunun 2017-ci ildə SOCAR-a satılan 10 gəmi ilə bağlı başlatdığı arbitraj işində qərarını açıqladı. Londonda aparılan prosesdə iş adamı Mübariz Mənsimovun idarə etdiyi Palmali şirkətinin iddiaları hüquqi və faktiki əsaslara malik olmadığı əsas gətirilərək tamamilə rədd edildi.

2017-ci ildə Palmali şirkətinin Azərbaycan dövlət neft şirkəti olan SOCAR-a satdığı 10 gəmi ilə bağlı arbitraj prosesi başa çatıb. Arbitraj heyəti Palmali Qrupunun iddialarını rədd edib.

Həm Azərbaycan, həm də Türkiyə vətəndaşlığına malik iş adamı Mübariz Mənsimovun idarə etdiyi Palmali Qrupu ilə əlaqəli şirkətlər 2023-cü ilin iyun ayında müxtəlif iddialar irəli sürərək arbitraj prosesini başlayıblar. Proses Londonda üç həftəlik dinləmələrdən sonra 2025-ci ilin noyabr ayında başa çatıb.

Dinləmələr zamanı Mənsimov və Palmali tərəfinin digər şahidləri şəxsən ifadə veriblər. Palmali şirkətini Böyük Britaniya və ABŞ-da yerləşən Britaniya vəkilləri və hüquq firmalarından ibarət komanda təmsil edib.

Üç nəfərdən ibarət arbitraj heyəti 2026-cı ilin fevral ayında verdiyi qərarda Palmali şirkətinin iddialarının hüquqi və faktiki əsaslarının olmadığını müəyyən edib. Komissiya müxtəlif əsaslarla iddiaları tamamilə rədd edib.

Qərar London Dəniz Arbitrləri Assosiasiyasının qaydalarına və tərəflərin mübahisəyə tətbiq etmək barədə razılığa gəldiyi İngiltərə qanunvericiliyinə uyğun olaraq qəbul edilib.