"Kommersant.Az"ın məlumatına görə, bunu təşkilatın icraçı direktoru Samir Eyyubov deyib.
O qeyd edib ki, Azərbaycanda “fermer südü” anlayışını təşviq etmək lazımdır: “Söhbət zəruri standartlara əməl etməklə istehsal olunan süd və süd məhsullarından gedir. Bunun üçün hazır məhsulun qablaşdırılmasında xüsusi loqotiplər yerləşdirilməlidir. İndi biz müvafiq standartların yaradılması üzərində işləyirik”.
Onun sözlərinə görə, bu məhsulun Azərbaycan bazarında təşviqi üçün bir sıra marketinq tədbirləri hazırlanır.