Ödəniş kartları üzrə Yeni il kampaniyası

13.12.2018 Bank
Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank Yeni il münasibətilə başladığı kampaniyaları davam etdirməkdədir.

"Kommersant.az" xəbər verir ki, növbəti kampaniyada plastik kartların əldə edilməsində güzəştlərin tətbiqi nəzərdə tutulmuşdur. Belə ki, 10-28 dekabr tarixləri ərzində müştərilər, dəyərinin yalnız 19 faizini ödəməklə xüsusi imkan və üstünlüklərə malik MasterCard Gold, Visa Gold və MasterCard Platinum, Visa Platinum kartlarına sahib ola biləcəklər.

Məsələn, tarif üzrə qiyməti 50 manat olan bir illik MasterCard Platinum kartını müştəri kampaniya müddətində cəmi 9,5 manat ödəməklə əldə edə biləcəkdir.

Kartın növü

Kampaniya üzrə qiyməti

Tarif üzrə qiyməti

MC GOLD

5.7 AZN

30 AZN

MC PLATINUM

9.5 AZN

50 AZN

VISA GOLD

5.7 AZN

30 AZN

VISA PLATINUM

9.5 AZN

50 AZN

Bunun üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud http://azerturkbank.az/online/card/ ünvanına daxil olaraq onlayn sifariş vermək olar. Sifariş üç iş günü, yaxud təcilidirsə, qəbul olunmuş şərtlər nəzərə alınmaqla, bir gün ərzində yerinə yetirilir. Qeyd edək ki, MasterCard Platinum və MasterCard Gold sifariş edən müştəri karta, müvafiq olaraq, 1000 və 500 manat və ya bu məbləğ ekvivalentində xarici valyuta mədaxil edərsə, həmin kart müştəriyə hədiyyə olunur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 777 0 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.